https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Qvardiola: "Klublararası dünya çempionatı bizi məhv edəcək"

Qvardiola: "Klublararası dünya çempionatı bizi məhv edəcək"

 

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klublararası dünya çempionatından danışıb.

QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, "şəhərlilər" turnirdə 1/8 final mərhələsinə qədər irəliləməyi bacarıb. Komanda bu mərhələdə “Əl-Hilal”la qarşılaşacaq.

Qvardiola isə yarışın oyun qrafikindən şikayətlənib: 

"Təqvim? Bu barədə düşünməməyə çalışıram. Əks halda çox narahat olardım. 1/8 finala adladdığımız üçün çox şadıq. Amma ən əsası futbolçular özlərinə "Biz bunu bacararıq" deyə bilsinlər. 

Matçdan sonra matç, aydan-aya ağır qrafik... Bu, fəlakət olacaq, tükənəcəyik. Klublararası dünya çempionatı bizi məhv edəcək. Bu, həyatımızda ilk dəfədir ki, baş verir. Gələn mövsümə hazırlaşmaq üçün iki ay vaxtımın olmasını istərdim. Amma vəziyyət belədir. Amma istənilən halda biz buradayıq. Gəlin əlimizdən gələni edək”.

Qeyd edək ki, ABŞ-da keçirilən klublararası dünya çempionatı iyunun 15-də start götürüb və iyulun 13-dək davam edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.