https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

"Qarabağ" və "Zirə" yay təlim-məşq toplanışları çərçivəsində ilk yoxlama oyunlarına çıxıblar.

525.az xəbər verir ki, Ağdam təmsilçisi və Bakı klubu bu gün "Azersun Arena"da üz-üzə gəliblər. .

Görüş "Qarabağ"ın böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0. Aleksey Kaşukun dubl etdiyi matçda digər qolları Musa Qurbanlı və Emmanuel Addai  vurub.

"Qarabağ" hazırlıq prosesində Ukraynanın “Metalist” klubu ilə də qarşılaşacaq. Oyun iyulun 7-də keçiriləcək.

5-17 iyul tarixlərində Türkiyədə təlim-məşq toplanışında olacaq "Zirə" isə bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul (iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə daha sonra məlumatın veriləcəyi bildirilir.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Zirə" isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiya "Hayduk"u ilə üz-üzə gələcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.