https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi

Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev özünə 3 nəfər yeni köməkçi gətirib.

525.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qazaxıstanlı Aleksandr Kornilov həkim, italiyalı Marko Kaser fiziki hazırlıq üzrə məşqçi, onun həmyerlisi Vinçenzo Çestaro isə atletik hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunub.


Aleksandr Kornilov vətənində "Spartak Semey", "Altay", "Kayrat" və "Yelimay" komandalarında çalışıb. 

Fiziki hazırlıq üzrə məşqçi Marko Kaser  İtaliyada "Salernitana", "Belluno", "Novara", Maltada "Valetta" və "Birkirkara", Tunisdə "Sfaksien", Qətərdə "Əl-Qarafa", İranda "Nassaci", "Traktor" və “Fulad” komandalarında işləyib. 

Son olaraq Maltanın "Hamrun" klubunda bu vəzifəni icra edən Vinçenzo Çestaro isə daha əvvəllər Maltada "Valetta", Çexiyada "Viktoriya", İtaliyada "Çavese", "Focca",  "Avellino" və "Noçerina" kimi klublarda çalışıb. 

Hər üç mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.