https://525.az/img/pics/medium/2024-07/319607_g3qgk80b3c.jpg İtkilərimiz, əzablarımız və ümid - Günel Musa yazır
https://525.az/img/pics/medium/2025-07/358351_spsy1he4n8.jpg Arzulanmayan qonaqlar
https://525.az/img/pics/medium/2025-07/359008_gsx84fh56p.jpg Anlamadığımız musiqidə yamsılama texnikası - (Esse)
https://525.az/img/pics/medium/2025-07/359001_js35k3u2ni.jpg Səhnənin səssiz gülüşü - Şahanə Müşfiq yazır
search
14 İyul 2025

"Neftçi"dən yeni transfer

"Neftçi"dən yeni transfer

“Neftçi” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı sağ vinger İmad Faraj artıq “Neftçi”nin üzvüdür. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. 

"Lill" akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub. O, Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.

İmad Faraj ötən mövsüm Kipr təmsilçisinin heyətində 40 rəsmi matça çıxaraq 7 qol vurub və 7 qolun ötürməsini edib. 

Qeyd edək ki, "Neftçi" daha öncə Sessi D’Almeyda (son klubu “Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (son klubu "Sumqayıt"), Murad Xaçayev (son klubu "Sumqayıt"), İqor Ribeyronu ("Araz-Naxçıvan") transfer edib. 

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.