https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Mançester Yunayted"in yeni hədəfi bilindi

 "Mançester Yunayted"in yeni hədəfi bilindi

"Botafoqo"nun qapıçısı Con Viktor "Mançester Yunayted"in maraq dairəsinə düşüb. 

QOL.az xəbər verir ki, bu barədə "Sport Witness" məlumat yayıb.

29 yaşlı braziliyalı futbolçu klublararası dünya çempionatındakı uğurlu çıxışı ilə Mançester təmsilçisinin diqqətini cəlb edib. Onun müqaviləsində xüsusi bənd yer alır ki, bu da klublar arasında danışıqlara ehtiyac qalmadan oyunçu ilə birbaşa razılıq əldə etməyə imkan verir.

Transferin dəqiq məbləği açıqlanmasa da, bəzi məlumatlara görə, bu rəqəm 6.7 milyon avro civarındadır. Digər mənbələr isə bu məbləğin daha yüksək olduğunu bildirir.

Qeyd edək ki, "Botafoqo" klublararası dünya çempionatında 1/8 finaladək irəliləyib və "Palmeyras"a əlavə vaxtda 0:1 hesabı ilə uduzub. Con Viktor turnirdə komandasının keçirdiyi bütün 4 oyunda meydana çıxıb və ümumilikdə 3 qol buraxıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.