|
|
|
|

Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə Britanita hökumətinin saytında yenilənmiş "qara siyahının" məlumatlarından bəlli olub.
Siyahıya əsasən, Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi general-mayor Aleksey Rtişev və onun müavini general-mayor Andrey Marçenko barəsində sanksiyalar tətbiq olunub.
Bundan əlavə, Moskva vilayətində yerləşən Tətbiqi Kimya Elmi-Tədqiqat İnstitutuna qarşı məhdudiyyətlər tətbiq edilib.
Sanksiyalar Birləşmiş Krallığa giriş qadağasını və aktivlər aşkar edildiyi təqdirdə onların dondurulmasını nəzərdə tutur.



