|
|
|
|

Bu gün səhər saatlarında Qucarat ştatında 900 metrlik Qambhira avtomobil körpüsünün bir hissəsinin uçması 5 avtomobilin çaya düşməsinə səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə azı 9 nəfər ölüb.
Daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alaraq xəstəxanalara yerləşdirilib. Onların arasında vəziyyətləri ağır olanlar var ki, bu da ölü sayının artacağını istisna etmir.
Baş verən qəza ilə bağlı ölkənin baş naziri Narendra Modi həyatını itirənlərin ailə üzvlərinə başsağlığı verib və onlara kompensasiya ödəniləcəyini bildirib.
Qeyd edək ki, son vaxtlar yerli mətbuatda 1985-ci ildə istismara verilən körpünün ciddi təmirə ehtiyacı olduğu vurğulanırdı.
L.Tağıyeva



