https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Liverpul" yoxlama oyunu keçirdi

"Liverpul" yoxlama oyunu keçirdi

 

 

"Liverpul" yay hazırlıqları çərçivəsində yoxlama oyununu keçirib. 

QOL.az xəbər verir ki, Mersisayd təmsilçisi “Preston Nort End”in qonağı olub. “Deypdeyl” stadionunda baş tutan görüş “Liverpul”un 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində hesabı 33-cü dəqiqədə Konor Bredli açıb. 53-cü dəqiqədə Darvin Nunyes fərqi artırıb. Meydan sahibləri 83-cü dəqiqədə Liam Lindseynin qolu ilə ümidlənib. Lakin 88-ci dəqiqədə Kodi Qakpo “Liverpul”un üstünlüyünü bərpa edib və yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqanın çempionu olan “Liverpul” növbəti yoxlama oyununu iyulun 26-da “Milan”a qarşı keçirəcək. İngiltərə Çempionşipində mövsümü 50 xalla 20-ci pillədə tamamlayan “Preston” isə iyulun 18-də İspaniyanın “Xetafe” klubu ilə qarşılaşacaq

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.