|
|
|
|

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidovla görüşüb.
525.az bu barədə Özbəkistan KİV-ə istinadən xəbər verir.
Görüş zamanı ikitərəfli əməkdaşlığın cari məsələləri müzakirə edilib, ticarət, nəqliyyat bağlantısı və mədəni mübadilə kimi əsas sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə xüsusi diqqət yetirilib.
Tərəflər davamlı inkişafı, regional sabitliyi və ümumi rifahı təmin etmək məqsədilə hərtərəfli tərəfdaşlığı daha da dərinləşdirməyə, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər.
Pərvanə Sultanova



