https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Bundan sonra bir-birlərini daha yaxşı tamamlayacaqlar” - Qurban Qurbanov

"Bundan sonra bir-birlərini daha yaxşı tamamlayacaqlar” -  Qurban Qurbanov

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlama verib.

525.az-ın məlumatına görə, mütəxəssis Avstriyanın “Zalsburq” (1:2) klubu ilə keçirdikləri son yoxlama oyunu barədə danışıb. O, komandasının hazırlıq prosesindən razı qaldığını deyib: 

“Yaxşı oyun oldu. Keyfiyyətli futbolçulardan qurulmuş, özünə xas oyun üslubu olan çox yaxşı bir komandaya qarşı oynadıq. Düzdür, komandamız optimal vəziyyətdə deyildi. Amma yaxşı hazırlıq keçdik. Toplanışda son oyunumuz idi. Futbolçular bu matça yüklənmiş halda çıxmışdılar. Həm son görüşdən, həm ümumi hazırlıqdan razı qaldım”.

Mütəxəssis komandanın ümumi durumunu da dəyərləndirib:  “Komandanın durumu normaldır. Optimal idman formasına düşmək üçün bir az vaxt lazımdır. Qarşıda oyundan-oyuna bunu hiss edəcəyik. Ümumilikdə bu gün hər futbolçunun daha yaxşı potensialı var. Bir neçə rəsmi oyundan sonra daha da idman formalarını yığacaqlar. Bundan sonra meydanda bir-birini daha yaxşı tamamlayacaqlar”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.