https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

“Qəbələ” üçün əlimdən gələni edəcəyəm"

“Qəbələ” üçün əlimdən gələni edəcəyəm"

"Azərbaycanın çox yaxşı insanları var. Komandamızda isə hələlik hər şey qaydasındadır".

525.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin yeni transferi Adriel Ba Loua klubun mətbuat xidmətinə açıqlamasında deyib. 

O, Əyalət təmsilçisinə transfer edildiyi üçün xoşbəxt olduğunu bildirib: "Əvvəllər Azərbaycan haqqında məlumatım yox idi. Amma ölkənizdən təklif gələcəyini gözləyirdim. “Qəbələ”dən dəvət gəldikdən sonra araşdırdım, hər şeyi götür-qoy etdim və sonda qərarımı verdim. Burada olmaq çox xoşdur. Azərbaycan və Qəbələ gözəldir. Hələ qarşıda vaxtımız çoxdur. Fikrimcə, keyfiyyətli komandamız var”.

“Qəbələ” ötən il 1-ci liqada çempion olub. Düşünürəm ki, bu təsadüfi deyil. Komandanı bir çox futbolçuların tərk etməsinə baxmayaraq, heyətimizin keyfiyyətli olduğuna inanıram. Peşəkar və təcrübəli məşqçilər heyətimizlə gözəl işlər görə bilərik. Ümidvaram ki, yaxşı nəticələrə imza atmağı bacaracağıq. Mən də “Qəbələ” üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, "Qəbələ" Adriel Ba Loua ilə 1 illik müqavilə imzalayıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.