https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Azərbaycan taekvondoçuları Şimali Makedoniyaya yola düşüblər

Azərbaycan taekvondoçuları Şimali Makedoniyaya yola düşüblər

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə yola düşüb.

525.az-a Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, festivalda ölkəmizi gənclərdən ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, məşqçi Fəridə Əzizovanın rəhbərliyi altında Mehdi Budaqlı (48 kiloqram), Aydın Süleymanov (55 kiloqram), Ziya Həsənli (63 kiloqram), Yunis Hüseynov (73 kiloqram), Elcan Əliyev (+73 kiloqram), Xuraman Cavadzadə (44 kiloqram), Humay Dadaşova (49 kiloqram) və Sehri Cəlalova (55 kiloqram) təmsil edəcəklər.

Qeyd edək ki, taekvondo idman növü Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına ilk dəfə daxil edilib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.