|
|
|
|

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
525.az-a bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
O, Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Aktobe” (Qazaxıstan) - “Sparta” (Çexiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi stadionda baş tutacaq.



