https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Tanınmış klub superkubok yarışından imtina etdi

Tanınmış klub superkubok yarışından imtina etdi

Səudiyyə Ərəbistanının aparıcı komandalarından olan "Əl-Hilal" bu yay keçiriləcək ölkə Superkubokunda iştirak etməyəcək.

QOL.az xəbər verir ki, klub bununla bağlı Səudiyyə Ərəbistanı Futbol Federasiyasına rəsmi məktub göndərib.

Qərarın əsas səbəbi kimi futbolçuların artıq yüklənməsi və istirahət hüquqlarının pozulması göstərilib. Superkubokun 19–23 avqust tarixlərində keçirilməsi futbolçuların il ərzində nəzərdə tutulan 28 günlük məzuniyyətini 21 günə qədər azaldacaq. Bu isə yerli əmək qaydalarına və futbolçularla imzalanan müqavilə şərtlərinə ziddir.

"Əl-Hilal" əlavə olaraq vurğulayıb ki, komandanın ABŞ-da keçirilən klublararası dünya çempionatında iştirak etməsi yay toplanışını gecikdirməsinə səbəb olub və digər Superkubok iştirakçılarına nisbətən qeyri-bərabər şərait yaradıb.

Klub eyni zamanda Superkubokun keçiriləcəyi məkanın — Honqkonqun — çox gec, iyunun 13-də elan olunmasını tənqid edib. Həmin vaxta qədər komanda artıq ABŞ-da idi və rəsmi təqvim iyulun 1-də yeri dəqiq göstərilmədən təqdim olunmuşdu.

Beləliklə, Səudiyyə Ərəbistanı Superkubokunda yalnız üç komanda iştirak edəcək və təşkilatçılar turnirin formatını yenidən gözdən keçirməyə məcbur qalacaqlar.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.