|
|
|
|

“Səbail” sıralarını yeni futbolçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi “Kəpəz”dən ayrılan Nicat Süleymanovu heyətinə qatıb. 26 yaşlı cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Səbail" bu gün kapitanı Yusif Nəbiyevlə yeni müqavilə imzalayıb.
Xatırladaq ki, paytaxt klubu 2025/26 mövsümündə Azərbaycan 1-ci liqasında mübarizə aparacaq.



