https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Bakıda "Avropa Cüdo Ümidləri" turnirinin açılış mərasimi keçirilib

Bakıda "Avropa Cüdo Ümidləri" turnirinin açılış mərasimi keçirilib

Abşeron Olimpiya İdman Kompleksində Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə Bakı "Avropa Cüdo Ümidləri" beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən 525.az-a verilən məlumata görə tədbirdə ACF-nin baş katibinin müavini və idman direktoru Kamran Talıbov çıxış edərək ölkəmizdə ilk dəfə təşkil olunan bu turnirin əhəmiyyətini vurğulayıb.

O, yarışların yeniyetmə cüdoçuların praktiki bilik və təcrübələrinin artırılmasında mühüm rol oynadığını qeyd edərək, göstərilən etimada görə Avropa Cüdo Birliyinə təşəkkürünü bildirib.

Avropa Cüdo Birliyinin idman komissarı Pavel Volek isə çıxışında Azərbaycana göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. EJU rəsmisi turnir çərçivəsində keçirilən texniki sessiyalarda iştirak edən Kodokan mütəxəssislərin dəvəti qəbul edərək Bakıya gəlməsindən məmnunluğunu bildirib və bütün iştirakçılara uğurlar arzulayıb.

Rəsmi çıxışların ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və "Avropa Cüdo Ümidləri" turniri rəsmən açıq elan olunub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.