https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Qarabağ"ın oyunu məşhur hakimə tapşırıldı

"Qarabağ"ın oyunu məşhur hakimə tapşırıldı

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya"ya qarşı keçirəcəyi oyunlar üçün hakim təyinatları açıqlanıb.

525.az xəbər verir ki, Şimali Makedoniyada oynanılacaq ilk görüş Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb. Referi İvan Kruzliaka yan xətt hakimləri kimi Branislav Hançko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. VAR Mixal Oçenaşa, AVAR isə Boris Marhefkaya həvalə olunub

Bakıdakı cavab oyununu isə Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Məşhur referi Danni Makkelieyə Hessel Steeqstra və Yan de Vries köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək. VAR hakimi Dennis Hiqler, AVAR hakimi Riçard Martens olacaq.

Qeyd edək ki, "Qarabağ" və "Şkendiya" arasında ilk matç avqustun 5-də “Todor Proeski” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab oyunu isə avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq və saat 20:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.