https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Nazir Bərdə və Yevlaxdakı idman obyektlərinə baxış keçirib

Nazir Bərdə və Yevlaxdakı idman obyektlərinə  baxış keçirib

Gənclər və idman naziri Fərid Qayıbov Bərdə şəhərinə səfəri çərçivəsində Bərdə Olimpiya İdman Kompleksinin mövcud vəziyyəti ilə maraqlanıb.

525.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kompleksin hazırkı şəraiti barədə ətraflı məlumat alan nazir infrastrukturun inkişafı və fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Daha sonra Fərid Qayıbov Yevlax rayonunda inşası davam edən Olimpiya İdman Kompleksində aparılan tikinti işləri ilə maraqlanıb. Layihənin icra vəziyyəti və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb. Nazir kompleksin inşasının keyfiyyətlə və müəyyən olunmuş vaxt çərçivəsində başa çatdırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək III MDB Oyunları çərçivəsində boks yarışları Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.