https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Karvan" "Ayaks"ın sabiq futbolçusunu transfer etdi

"Karvan" "Ayaks"ın sabiq futbolçusunu transfer etdi

"Karvan" növbəti transferini həyata keçirib.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb

Bölgə təmsilçisi niderlandlı sağ cinah müdafiəçisi Shaquill Sno ilə 1 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu son olaraq Maltanın “Gzira” klubunda forma geyinib. Karyerası ərzində Sno Hollandiyanın “Ayaks”, “Telstar”, Norveçin “Aalesund”, Bolqarıstanın “Lokomotiv Plovdiv, Rumıniyanın “Botosani” və “Mioveni” klublarının heyətində çıxış edib.

Qeyd edək ki, "Karvan" bunadək Eltun Turabov ("Turan Tovuz"), Süleyman Əhmədov (son klubu "Səbail"), Araz Abdullayev ("Qaradağ-Lökbatan"), David Oliveira Silva (son klubu “Zabbar”, Malta) ,Kyle Spence (Son klubu “Coleraine”, Şimali İrlandiya), Gavi Thompson (son klubu  “Sportinq Lagos”, Nigeriya), Olavale Doen ("Plato Yunayted", Nigeriya), Elvin Yunuszadə ("Qəbələ"), Vadim Abdullayev (son klubu "Araz-Naxçıvan"), Samuel Durrant (son klubu “Connahs Quay”, Uels), Vüsal Məsimov ("Şamaxı") və Moise Ngwisani (son klubu “Wiltz71”, Lüksemburq) ilə müqavilə bağlayıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.