https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Azərbaycanın 4 cüdoçusu Avropa Kubokunun ilk yarış günündə fəxri kürsüyə qalxıblar

Azərbaycanın 4 cüdoçusu Avropa Kubokunun ilk yarış günündə fəxri kürsüyə qalxıblar

Azərbaycanın 4 cüdoçusu Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında keçirilən Avropa Kubokunun ilk yarış günündə fəxri kürsüyə qalxıblar.

525.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Nihad Məmişov (60 kq) və Əbil Yusubov ( 73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar.

Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc medala sahib olublar.

2 qızıl, 1 gümüş və 1 bürünc medala malik Azərbaycan ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnirə 26 ölkədən 226 idmançı qatılıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.