https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb

Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb. Azərbaycan İdman Akademiyasında təşkil olunan mərasimdə idmançıların məşqçiləri də iştirak ediblər.

525.az xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir Fərid Qayıbov Azərbaycan Dövlət Himninin iyul ayında 14 ölkədə səsləndiyini vurğulayıb.

Ay ərzində qazanılan 55 qızıl, 42 gümüş və 66 bürünc medal münasibətilə idmançıları və onların məşqçilərini təbrik edib, qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Görüş zamanı ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra çıxış edən idmançılar və məşqçilər qatıldıqları yarışlar və qazandıqları nəticələr barədə məlumat veriblər.

Atletika, batut gimnastikası, tamblinq, bədii gimnastika, boks, cüdo, suya tullanma, uşu, bilyard, karate, kudo, kyokuşin karate, karate fudokan, şito-ryu karate, savat kombat, savat assault, MMA (peşəkarlar), parataekvondo, paracüdo, paraatletika, paraüzgüçülük və alpaqut idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar və qazandıqları nəticələr barədə məlumat veriblər.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.