https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

26 yaşında həlak oldu, stadiona adı verildi - ”Qarabağ”ın bu gün oynayacağı arena...

26 yaşında həlak oldu, stadiona adı verildi - ”Qarabağ”ın bu gün oynayacağı arena...

Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunları başlayır. Azərbaycan çempionu “Qarabağ” Şimali Makedoniyada “Şkendiya”nın qonağı olacaq. Oyun Skopyedə Toşe Proeskinin (Toše Proeski) adını daşıyan 33 min tamaşaçı tutumuna malik stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Bəs Toşe Proeski kimdir?

Proeski Şimali Makedoniyanın məşhur müğənnilərindən olub və cəmi 26 yaşında avtomobil qəzasında həyatını itirib.

Proeski güclü vokalı və emosional ifası ilə Balkanlarda milyonların qəlbini fəth etmişdi. O, musiqini birləşdirici güc kimi təqdim edirdi: etnik, dini, milli fərqlərə baxmadan hər kəsi birləşdirən səs idi. Elə bu səbəbdən çox gənc yaşda UNESCO tərəfindən “Sülh səfiri” elan olunmuşdu.

O, 2004-cü ildə Makedoniyanı “Life” mahnısı ilə “Eurovision” yarışmasında təmsil etmiş və ifası ilə geniş rəğbət qazanmışdı.

Proeski 2007-ci ildə Serbiyada səhər tezdən baş vermiş avtoqəza nəticəsində vəfat edib. Makedoniya hökuməti onun ölüm günü ilə ələqədar matəm elan etmişdi.

Stadion əvvəllər “Filip II Milli Arena” adlanırdı (Makedoniyanın tarixi kralı olan II Filippin şərəfinə). 2019-cu ildə Skopye şəhər şurasının qərarı ilə arenaya Toşe Proeskinin adı verilib.

Bu qərar geniş ictimaiyyət tərəfindən sevinclə və hörmətlə qarşılanıb. Məqsəd təkcə bir stadionun adını dəyişmək yox, xalqın sevdiyi bir insanı daimi xatirəyə çevirmək idi.

Qeyd edək ki, Makedoniya milli futbol komandası, eləcə də ölkənin bir neçə klubu beynəlxalq ev oyunlarını burada da keçirir (qol.az).

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.