|
|
|
|

Qroznının "Axmat" klubunun Rusiya millisinin keçmiş baş məşqçisi Stanislav Çerçesovla danışıqlar aparması barədə məlumat vermişdik.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün tərəflər 3 illik müqavilə bağlayıblar.
Sözləşmənin detalları barədə məlumat verilmir. Yeni baş məşqçi Qroznı təmsilçisinə yad insan deyil. Belə ki, 2012/13-cü illər mövsümündə, hələ klubun adı "Terek" olarkən Çerçesov bu komandaya rəhbərlik edib və çempionatda o dövr üçün uğurlu sayılacaq 8-ci pilləni tutub.
Qeyd edək ki, əvvəlki baş məşqçi Aleksandr Storojuk ardıcıl 3 məğlubiyyətdən sonra istefaya göndərilib. Çerçesovun isə son iş yeri Qazaxıstan millisi olub.
L.Tağıyeva



