https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
search
4 İyul 2026
3 İyul 2026

Azərbaycanın idman gimnastları beynəlxalq turnirdə 7 medal qazanıblar

Azərbaycanın idman gimnastları beynəlxalq turnirdə 7 medal qazanıblar

Belarusun Mogilyov şəhərində idman gimnastikası üzrə Açıq kubok təşkil olunub.

525.az-a Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi kişilər arasında Rəsul Əhmədzadə, qadın idmançıların mübarizəsində isə Dəniz Əliyeva, Nazənin Teymurova, Aytən Məmmədova, Leyla Məmmədzadə, Albina Əliyeva, Aynaz Məcidzadə və Xədicə Abbaszadə təmsil ediblər.

Gimnastlarımız uğurla çıxış edərək ölkəmizə 7 medalla qayıdıblar. Albina Əliyeva qızıl medal (dayaqlı tullanma), Rəsul Əhmədzadə 1 gümüş (sərbəst hərəkətlər), 2 bürünc (dəstəli at, paralel qollar), Dəniz Əliyeva gümüş (dayaqlı tullanma) və bürünc (sərbəst hərəkətlər), Leyla Məmmədzadə isə bürünc medal (dayaqlı tullanma) qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.