|
|
|
|

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunda ilk oyununa çıxıb.
525.az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə İslandiya ilə qarşılaşıb. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçirilən görüş Azərbaycan millisinin darmadağını ilə yekunlaşıb - 5:0.
Qeyd edək ki, Azərbaycan millisi 2-ci turda Ukraynanı qəbul edəcək (9 sentyabr).



