|
|
|
|

Belçikanın xarici işlər naziri Maksim Prevot İsrailin sərnişinləri arasında Belçika vətəndaşlarının da olduğu Qlobal Sumud Flotillasına müdaxiləsinin ciddi narahatlıq doğurduğunu bildirib.
525.az xəbər verir ki, Prevot blokadanı yarmaq və Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan Qlobal Sumud Donanmasına İsrailin hücumu ilə bağlı “X” sosial media platformasında açıqlama verib.
“İsrailin beynəlxalq sulara müdaxiləsi açıq şəkildə ciddi narahatlıq doğurduğundan, açıqlama almaq üçün İsrail səfirini nazirliyə çağırdım”, - Prevot deyib.
Məhəmməd Tağıyev



