|
|
|
|

Karakasda yerləşən ABŞ-nın Venesueladakı səfirliyinə planlaşdırılan hücumun qarşısı alınıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela hökuməti rəsmi məlumat yayıb.
Məlumatda bir qrup insanın səfirliyin binasına bomba yerləşdirilməsi barədə məlumat alan xüsusi xidmət orqanlarının onların əməlini ifşa etdiyi və qrupu zərərsizləşdirdiyi bildirilir.
Qeyd edək ki, hökümət bu hadisədən sonra səfirlik binası ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.
L.Tağıyeva



