
Avstraliyanın Yeni Cənubi Uels əyalətində Sidneydən cənub-qərbdə iki kiçik təyyarə havada toqquşub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində təyyarələrdən biri yaxınlıqdakı meşəlik əraziyə düşüb və pilot hadisə yerində həlak olub.
Digər təyyarə isə normal qaydada yerə eniş edə bilib.
Qəza ilə bağlı araşdırma başlanılıb.
İbrahim Cəfərov



