https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
https://525.az/img/pics/medium/2026-07/396364_q2zvyp1ule.jpg Köçdü yaddaşıma, bitdi qəlbimdə
https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
search
3 İyul 2026

Arda Gülerin bazar qiyməti 60 milyon avro artıb

Arda Gülerin bazar qiyməti 60 milyon avro artıb

Transfermarkt portalı futbolçuların bazar dəyərlərini yeniləyib.

525.az xəbər verir ki, yenilənmədən sonra “Real”ın hücumçusu Kilian Mbappenin qiyməti 20 milyon avro artaraq 200 milyon avroya yüksəlib. Bununla da fransalı futbolçu “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal və “Mançester Siti”nin hücumçusu Erlinq Holandla eyni səviyyəyə çatıb. Hazırda bu üç futbolçu dünyanın ən bahalı oyunçuları hesab olunur.

La Liqada ən çox bahalaşan futbolçu isə “Real”ın yarımmüdafiəçisi Arda Güler olub. Türkiyəli oyunçunun dəyəri 30 milyon avro artaraq 90 milyon avroya yüksəlib.

Çempionatda bazar dəyəri ən çox ucuzlaşan futbolçular da “Real”ın üzvləridir. Rodriqonun yenilənmiş bazar dəyəri 60 milyon, Cud Bellinqemin isə 160 milyon avro təşkil edir. Hər iki futbolçu 20 milyon avro dəyər itirib. Eyni qədər ucuzlaşma “Atletik”in yarımmüdafiəçisi Oyan Sansetin də payına düşüb – onun qiyməti 40 milyon avroya enib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.