https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
https://525.az/img/pics/medium/2026-07/396364_q2zvyp1ule.jpg Köçdü yaddaşıma, bitdi qəlbimdə
https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
search
3 İyul 2026

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Azərbaycan karateçiləri dünya çempionatında  5 medal qazanıblar

Azərbaycan karateçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının (KWF) təşkilatçılığı ilə keçirilən dünya çempionatında müxtəlif yaş və çəki dərəcələrində 5 medal qazanıblar.

525.az Azərbaycan Karate Federasiyasına (AKF) istinadən xəbər verir ki, Cavid Kazımlı (16-17 yaş, +80 kq) və Selcan Babayeva (+60 kq) qızıl medal əldə edib.

Rəhman Yusubov (14-15 yaş, 75 kq) gümüş, Vaqif Bəndəliyev (16-17 yaş, 70 kq) və Toğrul Orucov (12-13 yaş, 60 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan 16 idmançı, 2 hakim, 1 baş məşqçi və 1 ölkə nümayəndəsi olmaqla, ümumilikdə 20 nəfərlik heyətlə iştirak edib. Karateçilər həm fərdi həm də komanda yarışlarında qüvvələrini sınayıblar.

Milliyə AKF-nin baş katibi Qabil Sayadov və KWF-in nümayəndəsi Rza Mustafayev rəhbərlik ediblər.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.