https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
https://525.az/img/pics/medium/2026-07/396364_q2zvyp1ule.jpg Köçdü yaddaşıma, bitdi qəlbimdə
https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
search
3 İyul 2026

Azərbaycanın 16 yaşadək şahmatçıları türkdilli dövlətlər arasında yarışın qalibi olublar

Azərbaycanın 16 yaşadək şahmatçıları türkdilli dövlətlər arasında yarışın qalibi olublar

Azərbaycanın 16 yaşadək şahmatçıları Türkiyənin Qaziantep şəhərində türkdilli dövlətlər arasında təşkil edilən I komanda çempionatının qalibi olublar.

525.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, turnirdə 6 dövləti təmsil edən 8 komanda mübarizə aparıb.

Yarışda Azərbaycanla yanaşı, təşkilatçı ölkə Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın şahmatçıları qüvvələrini sınayıblar.

Dairəvi sistem üzrə təşkil edilən turnirdə hər komanda bir oğlan və bir qız şahmatçıdan ibarət olub.

Azərbaycan komandası 11 xalla çempion adını qazanıb. Eyni xala malik Özbəkistan təmsilçiləri əlavə göstəricilərə görə ikinci yeri tutub. Türkiyə komandası isə üçüncü olub.

Bağlanış mərasimində Azərbaycan komandasına medal və diplom təqdim olunub. Qalibin şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Azərbaycan komandasının heyətində Rüstəm Rüstəmov və Məryəm Ağaverdiyeva çıxış edib. Komandanın kapitanı Fərid Abbasov olub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.