https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
https://525.az/img/pics/medium/2026-07/396364_q2zvyp1ule.jpg Köçdü yaddaşıma, bitdi qəlbimdə
https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
search
3 İyul 2026

Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı

Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı

"İnter Mayami"nin hücumçusu Lionel Messi Hindistandakı ilk turunu tamamlayarkən yabanı təbiətin qorunması və xilas edilməsi mərkəzi olan Vantaranı ziyarət edib.

525.az xəbər verir ki, bu barədə MSN nəşri məlumat yayıb. Ziyarət zamanı argentinalı futbolçu qolundakı "Richard Mille RM 003-V2" saatı ilə diqqət çəkib. Hansı ki, bu saatın dəyəri 1,1 milyon dolları ötür.

Məlumata görə, Messiyə bu nadir rast gəlinən saatı Hindistanın ən zəngin iş adamı olan Anand Ambani hədiyyə edib. Dünyada yalnız 12 ədəd nümunəsi mövcud olan model olduqca nadir nümunələrdəndir. 

Qeyd edək ki, Messi Hindistandakı səfəri zamanı Mumbay, Yeni Dehli, Heydərabad və Kəlküttə olmaqla dörd şəhərə səfər edib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.