|
|
|
|

Mançester Yunayted"in yarımmüdafiəçisi Kobi Mayno klubdan birdəfəlik ayrılmağı planlaşdırır.
525.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilir ki, 20 yaşlı ingiltərəli futbolçu baş məşqçi Ruben Amorimin rəhbərliyi altında komandada karyerasının perspektivli olacağına inanmır.
Məlumata görə, futbolçu ötən yay daha çox oyun praktikası qazanmaq üçün icarəyə getmək istəsə də, klub rəhbərliyi bu istəyə razılıq verməyib. Lakin gənc futbolçunun narahatlığı özünü doğruldub. O, cari mövsümdə Premyer Liqada hələ ki start heyətində meydana çıxmayıb.
Bu səbəbdən Mayno artıq icarə variantını nəzərdən keçirmir və "Mançester Yunayted" ilə yollarını ayırmaq qərarına gəlib.



