https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
https://525.az/img/pics/medium/2026-07/396364_q2zvyp1ule.jpg Köçdü yaddaşıma, bitdi qəlbimdə
https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
https://525.az/img/pics/medium/2026-07/396238_yiwstmwktv.jpg "Zirvədən görünən ömür"
search
3 İyul 2026

Azərbaycan voleybolçusu Yunanıstan kuperkubokunun qalibi oldu

Azərbaycan voleybolçusu Yunanıstan kuperkubokunun qalibi oldu

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Yunanıstan Superkubokunun qalibi olub.

525.az Azərbaycan Voleybol Federasiyasına (AVF) istinadən xəbər verir ki, hücumçunun formasını geyindiyi "Panionios" klubu finalda "Olimpiakos"la qarşılaşıb. Rəhimovanın komandası 3:2 (25:22, 23:25, 24:26, 25:19, 15:12) hesabı ilə qalib gələrək Yunanıstan Superkubokunu qazanıb. P.Rəhimova qələbədən sonra AVF-nin mətbuat xidmətinə fikirlərini bölüşüb. O deyib:

"Final oyunu çox gərgin keçdi, lakin biz qalib gəldik. Rəqibimiz Yunanıstan çempionu "Olympiakos" idi. Qələbə münasibətilə komandamı təbrik edirəm. Bu mövsüm komandamızın əsas hədəfi iştirak etdiyimiz bütün yarışlarda qalib gəlməkdir. İlk hədəfimizə çatdıq və inanıram ki, bu qələbə növbəti oyunlar üçün bizə əlavə motivasiya verəcək".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.