https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
https://525.az/img/pics/medium/2026-07/396364_q2zvyp1ule.jpg Köçdü yaddaşıma, bitdi qəlbimdə
https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
https://525.az/img/pics/medium/2026-07/396238_yiwstmwktv.jpg "Zirvədən görünən ömür"
search
3 İyul 2026

Maradonanın formasının cırılmış hissəsi rekord qiymətə satıldı

Maradonanın formasının cırılmış hissəsi rekord qiymətə satıldı

Əfsanəvi futbolçu Dieqo Maradonanın formasının cırılmış hissəsi 179 min avroya satılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət "Barselona"nın 1984-cü ildə İspaniya Kubokunun finalında "Atletiko" ilə matçda Maradonanın geyindiyi formadan, daha dəqiq, formanın bir hissəsindən gedir.

Həmin oyun daha çox oyunsonrası dava-dalaşla yadda qalmışdı. Cırılmış formanı klubun xadimləsi tapmış və onu lazımsız bilərək rəfiqəsinə vermişdi. 40 il sonra isə həmin qadının ailəsi qeyri-adi əşyanı "Matchday Football Auctions" hərrac evində hərraca çıxarıb.

Naməlum alıcı lota görə 145 min dollar ödəyib. Daha 34 min dollar isə vergi rüsumu tutub.

Qeyd edək ki, bu, Maradonanın indiyə kimi ən baha qiymətə satılan klub formasıdır.

L.Tağıyeva

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.