https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
https://525.az/img/pics/medium/2026-07/396364_q2zvyp1ule.jpg Köçdü yaddaşıma, bitdi qəlbimdə
https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
https://525.az/img/pics/medium/2026-07/396238_yiwstmwktv.jpg "Zirvədən görünən ömür"
search
3 İyul 2026

"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi

"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi

"Barselona"nın "Benfika"da çıxış edən müdafiəçi Nikolas Otamendini transfer etməsi çətinləşib.

525.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Belə ki, Kataloniya klubu 37 yaşlı argentinalını qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Lakin Portuqaliya təmsilçisinin baş məşqçisi Joze Mourinyo rəhbərlikdən Otamendi ilə müqavilənin müddətinin tezliklə uzadılmasını tələb edib. O, bununla futbolçunun "Barselona"ya mümkün keçidinin qarşısını almağa çalışır.

Qeyd edək ki, N.Otamendi 2020-ci ildə 15 milyon avro qarşılığında "Mançester Siti"dən "Benfika"ya keçib. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Müdafiəçi cari mövsümdə 32 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.