https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
https://525.az/img/pics/medium/2026-07/396364_q2zvyp1ule.jpg Köçdü yaddaşıma, bitdi qəlbimdə
https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
https://525.az/img/pics/medium/2026-07/396238_yiwstmwktv.jpg "Zirvədən görünən ömür"
search
3 İyul 2026

111 ildən sonra 11 qələbə rekordu

111 ildən sonra 11 qələbə rekordu

"Aston Villa" klub tarixinin 111 illik rekordunu yeniləyib.

525.az xəbər verir ki, Unay Emerinin komandası buna ötən gecə Premyer Liqamım 18-ci turunda səfərdə "Çelsi"ni məğlub etməklə (2:1) nail olub.

Birmingem təmsilçisi bütün turnirlərdə ardıcıl 11-ci qələbəsini qazanıb. Buna qədər komanda Premyer Liqada “Bornmut”u (4:0), “Lids Yunayted”i (2:1), “Vulverhempton”u (1:0), “Brayton"u (4:3), “Arsenal”ı (2:1), “Vest Hem"i (3:2) və "Mançester Yunayted"i (2:1) məğlub edib, Avropa Liqasında isə “Makkabi” Təl-Əviv (2:0), “Yanq Boyz” (2:1) və “Bazel” (2:1) üzərində qələbə qazanıb.

"Aston Villa" 1914-cü ildə ardıcıl 10 oyunda qələbə qazanıb.

Qeyd edək ki, "Aston Villa" hazırda İngiltərə Premyer Liqasında 39 xalla 3-cü pillədə qərarlaşır. Komanda lider "Arsenal"dan 3 xal geri qalır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.