|
|
|
|

"İran İslam Respublikasının gələn il üçün dövlət büdcəsi layihəsinə (22 mart 2026-cı il tarixindən başlayaraq) əsasən, hökumət neft ixracatının gəlirlərini 1,85 kvadrilyon (1850 trilyon) rial proqnozlaşdırır ki, bu da hazırkı bazar məzənnəsi ilə heç 2 milyard dollar etmir".
Bunu 525.az-a enerji məsələri üzrə ekspert İlham Şaban söyləyib.
O vurğulayıb ki, İran neftinin rəsmi ixracatçısı dövlət şirkəti NİOC sayılır. Amma İslam İnqilabı Keşikçiləri Korpusu (KSİR) qeyri-rəsmi şəkildə "sanksiyalardan yayınmaq" üçün yüzlərlə şirkət vasitəsi ilə neft ticarətində iştirak edir.
Sevinc Qarayeva



