|
|
|
|

Kurskda 4 nəfər dəm qazından boğularaq ölüb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn məlumat verib.
Hadisə Xarkovskaya küçəsindəki binaların birində baş verib. Mənzildə 3 kişi və 1 qadın meyiti aşkarlanıb. Daha bir nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
L.Tağıyeva



