|
|
|
|

Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq U.Şekspirin "III Riçard" əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya baxıblar.
Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, təqdim edilən tamaşa iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Səhnə əsərində rolları Xalq artisti Ağaxan Salmanlı, Əməkdar artistlər Şövqi Hüseynov, Rahib Əliyev, Nofəl Vəliyev, Vahid Əliyev, aktyorlar Elşən Çarhanlı, Mehriban Abdullayeva, Təhminə Məmmədova və başqaları ifa ediblər.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
Bakı Ali Neft Məktəbi və Gənc Tamaşaçılar Teatrı rəhbərliyi arasında aparılan danışıqlara əsasən, tələbələrin ayda bir dəfə adı çəkilən teatrda tamaşa nümayişində iştirak etmələri barədə razılığa gəlinib.
"III Riçard" tamaşasının növbəti nümayişi fevralın 22-nə nəzərdə tutulub.



