
“Məlum olduğu kimi, Dövlət Gömrük Komitəsi xarici saytlardan alış-veriş edən və "Smart Customs" platformasından istifadə edən vətəndaşlara mühüm xəbərdarlıq edib. Artıq elektron ticarət bəyannamələrinin təqdim edilməsi qaydasında ciddi dəyişiklik edilir və vərdiş etdiyimiz bəzi giriş üsulları qüvvədən düşür. Bu ilin iyunun 1-dən etibarən "Smart Customs" mobil tətbiqi və "e.customs.gov.az" portalında şəxsiyyət vəsiqəsinin FİN nömrəsi və parolla "Elektron Ticarət Bəyannaməsi" xidmətinə daxil olmaq mümkün olmayacaq. Bu o deməkdir ki, bağlamalarını bəyan etmək istəyənlər mütləq şəkildə daha təhlükəsiz identifikasiya asitələrindən istifadə etməli olacaqlar. Hesab edirəm ki, bu addım gömrük və vergi sisteminə nəzarətin güclənirilməsi məqsədi daşıyır”.
İqtisadçı ekspert Xalid Kərimli bunu 525..az-a söyləyib. Onun dediyinə görə, xüsusilə "SİMA" rəqəmsal imzasının əldə edilməsinin pulsuz və mobil telefon üzərindən sürətli olduğunu nəzərə alsaq, istifadəçilərin bu keçidə uyğunlaşması üçün hələ kifayət qədər vaxtı var. Lakin son günü gözləmədən bu vasitələrdən birini aktivləşdirmək, gələcəkdə bağlamaların gömrükdə qalması riskini sıfıra endirə bilər: “Görünən odur ki, qurum fərdi məlumatların təhlükəsizliyini daha yuxarı səviyyəyə qaldırmaqda qərarlıdır”.
Sevinc Qarayeva



