|
|
|
|

“Körfəz ölkələrində hərbi münaqişənin alovlanması, dünyanın iri maye qaz ixracatçılarından olan Qətərin qaz emalı obyektlərinə İranın hava hücumu və gündəlik olaraq Hörmüz boğazından 300 mln kubmetr qazın daşınmasında yaranan fasilələr artıq Avropa və Uzaq Şərq bazarlarında mavi yanacağın 1000 kubmetrinin $qiymətini $600-dək bahalaşdırıb. Belə bir şəraitdə Avropa qazın tanker daşımalarının da davamlı enerji təhlükəsizliyinin təminatçısı olmadığını görür”.
Bunu 525.az-a enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib.
Ekspert qeyd edib ki, boru kəmərləri daşımalarının vacibliyi məncə bu dəfəki Bakı toplantısında daha qabarıq şəkildə diqqət mərkəzində olacaq:
“Mənim gözləntim budur ki, Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini özünün prioritet layihələri siyahısına daxil edə bilər. Azərbaycan 2025-ci ilin yekunlarına görə, təqribən 38,9 mlrd m3 əmtəəlik qaz hasil edib və bunun 25,2 mlrd m3-nu xarici bazarlarda kapitala çevirib. Avropa bazarlarında satış həcmlərimiz 2 ildir stabildir - 12,8 mlrd m3 ətrafında”.
Sevinc Qarayeva



