|
|
|
|

“Kənd əhalisinin şəhərlərə üz tutmasının arxasında həm də sosiallaşma, mədəni tədbirlərə yaxınlıq, keyfiyyətli yaşam mühiti və nəqliyyat imkanlarının əlçatanlığı kimi amillər dayanır”.
Bunu 525.az-a iqtisadçı ekspert Eyyub Kərimli deyib. Ekspert bildirib ki, iri şəhərlərdə iqtisadiyyatın inkişafı, müəssisələrin şəhərlərdə yerləşməsi və sənayeləşmə prosesləri zəncirvari effekt yaradır. Daha çox əhali şəhərlərdə geniş bazar və tələb yaratdığı üçün müəssisələr şəhərə yaxın olmağa üstünlük verirlər. Bu isə insanları həm iş tapmaq, həm də daha rahat həyat şəraiti üçün urban mərkəzlərə cəlb edir:
«Urbanizasiyanın qarşısını müəyyən qədər almaq üçün kəndlərdə şəhərə yaxın yaşam şəraiti təmin edilməlidir. Bunun üçün yol infrastrukturu, kommunikasiyalar, internet imkanları yaxşılaşdırılmalı, əyləncə və sosiallaşma imkanları genişləndirilməlidir. Fermer təsərrüfatlarının, kənd turizminin və ailəvi turizm imkanlarının inkişafı da insanların kəndlərdə qalmasını təşviq edə bilər”.
Sevinc Qarayeva



