|
|
|
|

Türkiyənin Mersin şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli-hüquq mühafizə orqanları məlumat yayıblar.
Bildirilib ki, Mersin Respublika Baş Prokurorluğunun koordinasiyasında Silifke, Gülnar və Anamur rayonlarında İŞİD-i hədəf alan əməliyyat başlayıb. Müəyyən edilən ünvanlarda keçirilən əməliyyatda 4 şübhəli saxlanılıb. Ünvanlarda aşkar edilmiş material və sənədlər ekspertiza üçün götürülüb.
Əməliyyatların ardından 3 şübhəli ədliyyəyə sövq edilərək hakim qarşısına çıxarılıb.
Bir şübhəli isə deportasiya edilmək üçün Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.
İbrahim Cəfərov



