|
|
|
|

“Rusiyada yaşayan azərbaycanlıların ölkədə daşınmaz əmlak bazarında müəyyən payı var. Rusiyadan göndərilən vəsaitlər hesabına Azərbaycanda mənzillər və digər daşınmaz əmlaklar alınırdı. Rublun dəyər itirməsi bu prosesə də təsirsiz ötüşmür. Nəticədə Rusiyadan gələn vəsaitlərin azalması daşınmaz əmlak bazarında müəyyən durğunluğa və ticarət dövriyyəsinin zəifləməsinə səbəb olur”.
Bunu iqtisadçı ekspert Razi Abasbəyli 525.az-a söyləyib. Ekspert bildirib ki, rublun ucuzlaşması nəticəsində Rusiyadan Azərbaycana daxil olan pul köçürmələrinin həcmi də azalır. Son iki ildə rublun dəyər itirməsi fonunda Rusiyadan ölkəmizə göndərilən vəsaitlərin həcmi 1,5 dəfədən çox azalıb. Bu isə xüsusilə həmin vəsaitlər hesabına yaşayan ailələrin sosial vəziyyətinə mənfi təsir göstərir:
“Məlumdur ki, hər il Rusiyadan Azərbaycana böyük həcmdə pul köçürmələri daxil olur və bu vəsaitlərin böyük hissəsi Rusiyada çalışan azərbaycanlılar tərəfindən göndərilir. Rublun manat qarşısında dəyər itirməsi həmin vəsaitlərin real dəyərini azaldır”.
Sevinc Qarayeva



