|
|
|
|

Londonun ICE birjasında "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 6,5 %-dən çox artıb.
525.az-ın məlumatına görə, bunu ticarət sessiyasının məlumatları göstərir.
Bu dinamika ABŞ Prezidenti Donald Trampın televiziyada ABŞ-İsrail birgə əməliyyatına həsr olunmuş çıxışından sonra qeydə alınıb.
Bakı vaxtı ilə saat 4:55-ə olan məlumata görə, Trampın çıxışından əvvəl "Brent" markalı neftin qiyməti 1,35 % düşərək, bir barel üçün 99,79 dollar təşkil edib. Lakin artıq Bakı vaxtı ilə saat 5:33-də "Brent" markalı neftin bir barelinin qiyməti 106,29 dollara çatıb (artım 5,07 %).
Paralel olaraq WTI markalı neftin may fyuçerslərinin qiyməti 4,09 % artaraq, bir barelinin qiyməti 104,21 dollara çatıb. Bakı vaxtı ilə səhər saat 8:05-ə olan məlumata görə, "Brent" markalı qiyməti 6,51 % artaraq, 107,75 dollara, WTI markalı neftin qiyməti isə 5,38 % artaraq 105,51 dollara çatıb.



