Fevralın 26-da "Nizami" Kino Mərkəzində Xocalı soyqırımının iyirmi üçüncü ildönümünə həsr olunmuş Kino Axşamı keçiriləcək.
Kino xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasının ekranlaşdırılmış filmləri nümayiş olunacaq.
Kino axşamında Azərbaycanın torpaqları uğrunda şəhid olan qəhrəmanların xatirəsinə həsr olunmuş, rejissor Şamil Nəcəfzadənin "Müharibə uşaqları" və Azərbaycanın Milli Qəhrəmanı Hikmət Nəzərliyə həsr olunmuş, rejissor Könül Kərimovanın "Biz qayıdacağıq" sənədli filmləri ilk dəfə nümayiş etdiriləcək.
S.ABDULLAYEVA