|
|
|
|

“Azərbaycanda I rübdə neft hasilatı 300 min tondan çox azalıb. Bu, günə ortalama təqribən 25 min barrel azalma deməkdir. Bu temp saxlanılsa, ilin sonunda 1.2 mln ton azalma ola bilər”.
Bunu 525.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
Ekspert xatırladıb ki, 2025-ci ildə Azərbaycanda neft və kondensat hasilatı il ərzində 1,4 mln ton azalmışdı:
“Ümumiyyətlə, 2020-2025-ci illərdə Azərbaycanda əmtəəlik neft hasilatı 7 mln. ton azalıb. Beləliklə, orta illik azalma tempi 1,17 mln. tondur”.
İqtisadçı vurğulayıb ki, I rübdə azalma özünü kondensat hasilatında da göstərib. Onun sözlərinə görə, “Şahdəniz” və “Abşeron” yataqlarında qaz hasilatı kiçik artım nümayiş etdirsə də, maye karbohidrogen hasilatı azalıb.
Sevinc Qarayeva



