|
|
|
|

Son sutkada kriptovalyuta bazarında əsas aktivlərin böyük hissəsində qiymət artımı qeydə alınıb.
525.az xəbər verir ki, CoinMarketCap platformasında “Bitcoin”in qiyməti 0.97% artaraq 74,906 dollara yüksəlib. XRP-nin qiyməti isə 1.59% artımla 0.40 dollar təşkil edib.
Eyni zamanda, “Ethereum”un qiyməti 0.56% artaraq 2,525 dollara, BNB-nin qiyməti isə 1.12% artaraq 602 dollara çatıb. “Solana” 2.03% bahalaşaraq 172 dollar, “Dogecoin” 1.44% bahalaşaraq 0.19 dollar, “Cardano” isə 0.88% bahalaşaraq 0.63 dollar olub.
Stabilkoin olan “Tether”in qiyməti dəyişməyərək 1.00 dollar səviyyəsində qalıb.
Bununla yanaşı, bazarda bəzi aktivlərdə azalma müşahidə edilib. Belə ki, “Monero”nun qiyməti 0.74% azalaraq 134 dollar, “Zcash”in qiyməti isə 1.12% azalaraq 28 dollar təşkil edib.



