|
|
|
|

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı tamhüquqlu üzv hesab edir və onun üzvlüyünün gələcəyi ilə bağlı qərarı Ermənistan xalqı verəcək”.
525.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taalətbek Masadıkov bildirib.
"İndiyə qədər KTMT Ermənistanı tamhüquqlu üzv hesab edir. Ermənistan Respublikası tərəfindən başqa heç bir açıqlama və ya qərar verilməyib", - o, KTMT Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində jurnalistlərə deyib.
O qeyd edib ki, seçkilər zamanı Ermənistanda və digər ölkələrdə siyasi xadimlər müxtəlif açıqlamalar verirlər:
"Düşünürəm ki, qərarı Ermənistan xalqı və Ermənistan rəhbərliyi verəcək. Hələlik onlar KTMT-nin üzvləridir".
Ermənistan KTMT-dəki iştirakını 1 yanvar 2024-cü ildə dayandırıb.
Pərvanə Sultanova



